2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də keçiriləcək Albaniya - İsrail oyununun məkanı dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, buna səbəb terror təhlükəsidir.
Matç Şkoder şəhərindəki stadionda oynanılmalı idi. Adı açıqlanmayan şəxslər qarşılaşmalar zamanı stadionda partlayış törətməyi planlaşdırıblar. Albaniya kəşfiyyatı artıq həmin şəhərdə 4 nəfəri həbs edib. Matçın Elbasanedəki "Ruici Bijuta” stadionunda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, "Qarabağ"ın sol cinah müdafiəçisi Ansi Aqolli həmin oyuna çağırılıb.
















































































