1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Bu, qırmızı vərəqə, intizamsızlıq deyil" - MÜSAHİBƏ
"Kəpəz"in baş məşqçisi Şahin Diniyevin Sportnet.az-a müsahibəsi
- Futbolçu karyeranız dövründə intizamlı futbolçu kimi tanınmısınız. Səhv etmirəmsə, qırmızı vərəqə almamısınız...
- Məncə də belədir.
- Hər halda, olsa da elə az olub ki, bunu xatırlamırsınız. Ancaq komandanız çempionatda ardıcıl 2-ci tur qırmızı vərəqə alması ilə diqqət çəkir. Bunu nəylə izah edərdiniz?
- Bu, qırmızı deyil, iki sarı vərəqədir. Yəni burada ehtiyatsızlıq, təsadüf bir şeylərdir. Ötən oyunda Tural Axundovun, bu dəfə Kərim Diniyevin aldığı qırmızı vərəqələrdən hansınısa birini verməmək olardı. Bu, hakimlə mübahisə və ya rəqib futbolçu ilə dalaşdığına görə alınan təmiz qırmızı vərəqə deyil. Sırf oyun epizodunda olan bir vəziyyətdir ki, ikinci sarı vərəqəyə gətirib çıxardır. Əlbəttə, bu, məni narahat edir və yaxşı hal deyil. Ancaq bunu intizamsızlıq saymazdım. Sadəcə, oyun epizodunda ehtiyatsızlıqdır. Daha çox ustalıq səviyyəsinin aşağı olması, futbolçunun epizoda çatdıra bilməməsi ilə bağlıdır.
- Ancaq Tural Axundov "Zirə" ilə matçda hakimlə mübahisə etdiyinə görə birbaşa qırmızı vərəqə aldı...
- O, cərimə meydanında qapıçımıza qarşı kobudluğa görə gakimlə mübahisə etmişdi. Ancaq o, kapitandır, bunu edə bilər. Onu da nəzərə almaq lazımdır. Olur belə şeylər, hakimlərə irad bildirmirəm.
- İstənilən halda, bu qırmızı vərəqələ qələbə planınızı pozur və məcbur olub müdafiə olunaraq 1 xal üçün oynayırsınız...
- Əlbəttə, komanda azlıqda qalanda bütün fikirlər müdafiədə olmalıdır. Son oyunarda qalib gələ bilməməyimizdə bunun da təsiri var.
- Oğlunuzun qırmızı vərəqə alması sizə necə təsir göstərdi? Onu matçdan dəral sonra danladınızmı?
- Futbolçuya isti-isti bir şey demək istəmirsən. Oyunu təhlil edəndən sonra fikir söyləyə bilərsən. Kərimin sarı vərəqə aldığı hər 2 epizoda diqqət yetirmək lazımdır. Hər bir futbolçu səhvə görə baş məşqçi tərəfindən tənqid olunmalıdır. Bu, tənqid zamanı mütləq reallaşacaq. Tural Axundov, Renan Silva cəzalı olduqları epizodlara görə tənqid olundular ki, daha ehtiyatlı olmaq lazımdır. Komandaya azlıqda olmaq yaxşı heç nə gətirmir. Ancaq oyun epizodu olduğundan futbolçunun çox üstünə də gedə bilmirəm. Ona görə diqqətli olub lazım olan sözləri deməliyik.
- Klubunuzda nizam-intizam məcəlləsi necə müəyyənləşib? Futbolçu cəriməni özü ödəməlidir, yoxsa?
- Baxır futbolçu hansı epizoda görə cəzalanıb. Doğrudan da oyun epizodursa, özü ödəmir. Ancaq hakimə, rəqib futbolçuya qarşı intizamsızlıq olubsa, bu, tamam başqa şeydir. Hörmətsizlik olubsa, onda mən tərəfdən çıxarılan qərar olacaq ki, cərimə futbolçunun özü tərəfi ödənilməlidir.