Noyabrın 11-də DÇ-2018-nin seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasının qonağı olacaq Azərbaycan milli komandasına dəstək videosu hazırlanıb. Sportnet.az-ın məlumatına görə, millimizin seçdiyi, dillər əzbərinə çevrilən "Niyə də yox?!" şüarı artıq qafiyəyə çevrilib.
Bir neçə meyxanaçı bu qafiyəyə meyxana yazıblar. "Voice of Azerbaijan”ın hazırladığı videoçarxı diqqətinizə çatdırırıq.