İngiltərə mətbuatı Şimali İrlandiya – Azərbaycan matçına toxunub.
Sportnet.az-ın məlumatına görə, sportinglife.com nəşri nouabrın 11-də Belfastda keçiriləcək qarşılaşmanın az qollu olacağını bildirib.
Bunun səbəbləri isə belə göstərilb: "Şimali İrlandiya millisi 3 oyunda sadəcə, San Marinonun qapısına yol tapa bilib. İrlandlar rəqiblərini 4:0 məğlub ediblər. Azərbaycan millisi güclü müdafiəsi ilə seçilir. Keçirdiyi 3 oyunda qapısında top da görməyib. Rəqib torunu isə 2 dəfə silkələyib. Bu o deməkdir ki, Azərbaycanın hücum xətti də zəifdir. Şimali İrlandiya matça üstünlüklər başlayacaq, ancaq qol gecikdikcə qarşılaşmanın marağı artacaq. Oyunun qolsuz və ya maksimum 2 qolla bitəcəyi gözlənilir".
Xatırladaq ki, Şimali İrlandiya və Azərbaycan yığmaları arasında indiyədək keçirilən 4 oyunda cəmi 6 qol vurulub.













































































