Dünya futbolunda ən bahalı transferlərdən olan uelsli Qaret Beyl vətənində yenə ilin ən yaxşı futbolçusu seçilib. Sportnet.az-ın məlumatına görə, "Real Madrid"in 27 yaşlı yarımmüdafiəçisi bu mükafata ardıcıl 4-cü il, son 7 ildə 6-cı dəfə sahib olub.
Beyl bu uğurun onun böyük şərəf olduğunu bildirib. O, "Twitter"dəki şəxsi səhifəsində onu mükafata layiq bilən bütün hamıya minnətdarlığını çatdırıb.
Qeyd edək ki, Beyl bu il "Real Madrid"lə Çempionlar Liqasının qalibi olub, milli ilə Avropa çempionatında yarımfinaladək irəliləyib.