2018-ci il dünya çempionatının ev sahibi olacaq Rusiya yığması bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Sportnet.az-ın məlumatına görə, Stanislav Çerçesovun yetirmələri Qətər yığmasına səfərdə 1:2 hesabı ilə uduzub.
Matçda hesabı 5-ci dəqiqədə əslən Azəbaycandan olan Aleksandr Səmədov penaltidən açıb. Ancaq ərəblər nəinki hesabı bərabərləşdirməyə, qələbə topunu da vurmağa müvəffəq olublar. Ruslar 85-ci dəqiqədə tarazlığı bərpa etmək üçün real imkan qazansa da, Aleksandr Kokorin penaltini dəqiq vura bilməyib. Həmin anda Səmədov əvəzləndiyindən zərbəni yenidən yerinə yetirə bilməyib.