İspaniyanın "Real Madrid" klubunun hücumçusu Kriştianu Ronaldu komandanın baş məşqçisi Zinəddin Zidan haqda fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, o baş məşqçi Zidanın azarkeşi olduğunu deyib.
Portuqaliyalı Zidanı belə dəyərləndirib: "Zidanla əla münasibətimiz var. Ötən mövsüm Çempionlar Liqasının qazandıq. Mən baş məşçqi Zidanın azarkeşiyəm, nəinki futbolçu Zidan. O əla mütəxəssis və əla insandır. Şadam ki, Zidanla birgə işləyirəm".













































































