İsveçin "Kalmar” klubu bir neçə futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın məlumatına görə, onlar arasında Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Nuri də var.
31 yaşlı müdafiəçi ilə müqavilə 2018-ci il dekabrın 31-dək artırılıb. Nurinin 8 ildir şərəfini qoruduğu klubunda illik maaşı 888 min İsveç kronudur. O, bu rəqəmlə "Kalmar"da ən çox maaş alan 4-cü futbolçudur.
Qeyd edək ki, Nuri 2014-cü ildə Berti Foqts milli komandamızın baş məşqçisi olanda 1 oyun keçirib. O, 2008-ci ildən çıxış etdiyi "Kalmar"da çempionatda 149 matçda 1 qol vurub. Soydaşımız İsveçin U-21 yığmasında da çıxış edib (2 matç).














































































