AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə səfər matçını izləməyə gəlib. Sportnet.az-ın Belfasta ezam olunmuş əməkdaşının məlumatına görə, assosiasiya başçısı vitse-prezident Elşad Nəsirovla birgə bu gün Şimali İrlandiya paytaxtına təşrif buyurub.
R.Abdullayev, E.Nəsirov, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev və assosiasiya rəsmiləri bu gün saat 23:45-də "Wındsor Park" stadionda keçiriləcək matçda fəxri tribunada olacaqlar. R.Əliyev və AFFA-nın baş katibi Elxan Məmmədov milli komanda ilə birgə noyabrın 8-dfə Belfasta gəliblər.
Qeyd ədək ki, R.Abdullayev 4 il öncə Belfastda 1:1 hesabı ilə nəticələnən rəsmi oyunu da həmin stadiondan izləmişdi.













































































