İspaniyanın "Betis" klubunun baş məşqçisi Qustavo Poyet istefaya göndərilib. Sportnet.az-ın məlumatına görə, buna səbəb komandanın uğursuz nəticələridir.
Baş məşqçi postuna ən real namizədin Xavi Qarsiya olduğu bildirilir.
Qeyd edək ki, "Betis" 11 turdan sonra 11 xalla 14-cü pillədədir.















































































