1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Ümid edirəm ki, baş məşqçimiz Azərbaycana qol vurduğumu bilir"
"Düşünürəm ki, Azərbaycana vurduğum qol sayəsində "Norviç”də daha çox forma geyinmək şansı qazana bilərəm. Klubuma artıq kömək etmək istəyirəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan yığmasını evdə 4:0 hesabı ilə məğlub edən Şimali İrlandiya milli komandasının futbolçusu Kayl Lafferti bildirib. 29 yaşlı hücumçu Belfastdakı matçda hesabı açmaqla böyükhesablı qələbənin təməlini qoyub.
"Birmingem"də icarədə çıxış edən Lafferti müqavilə ilə məxsus olduğu "Norveç"ə qayıtmaq istəyir. Ucaboylu hücumçu millimizlə fərlqəndiyi matçın ona bu işdə kömək edəcəyini zənn edir: "Ümid edirəm ki, baş məşqçimiz Aleks Neyl Azərbaycanla oynadığımız matçı izləyib və qol vurduğumu bilir. "Norviç”in mənə ehtiyacı olarsa, yenidən oynamağa və onlar üçün qol vurmağa hazıram”.
Lafferti millidə 13 rəsmi matçda 10 qol vurmasını isə belə şərh edib:
"Klub karyeram ərzində son 2 ildir ki, stabil olaraq çıxış etmirəm. Millidə isə bunun tamam əksidir. Çünki baş məşqçimiz Maykl O Nil mənə güvənir. O, Şimali İrlandiya millisində potensialımı üzə çıxarmağa çox yardım edib”.