Latviya çempionatının yüksək liqasına çıxmaq uğrunda pley-off mərhələsinin cavab matçı keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının sabiq futbolçusu Vüqar Əsgərovun şərəfini qoruduğu "Olayne” klubu "Metta" ilə bu dəfə səfərdə qüvvəsini sınayıb.
Matç meydan sahiblərinin 10-cu dəqiqədə Rendiys Sibasın vurduğu qolla 1:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla da ümumi nəticədə 2:1 hesabı ilə qalib gələn "Metta” cütün qalibi olub və Əsgərovun komandasını yüksək liqaya vəsiqə uğrunda mübarizədə üstələyib.















































































