1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Azərbaycanda futbol "1 nömrə"li idman növü deyil"
"Azərbaycanda futbol "1 nömrə"li idman növü deyil. Mən bunu çempionat matçlarında marağın az olduğunu gördüyümdən deyə bilərəm". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib. Onun sözlərinə görə, ölkəmizdə futbol matçlarında, xüsusilə Premuer Liqada azarkeş azlığı böyük problemdir: "Xorvatiyada Azərbaycan klublarında olan şərait yoxdur. "Neftçi"nin, "Qarabağ"ın, "Qəbələ"nin, Azərbaycan millisinin öz bazası var. Ancaq çempionatda hətta mərkəzi oyunlarda çox az azarkeşin, 100-200 nəfərin olduğunu görərik. "Qarabağ"ın avrokubok matçlarında isə stadionda fərqli mənzərəyə şahid oluruq. İnanıram ki, millinin uğurlu çıxışından sonra azarkeşlər stadiona qayıdacaqlar. Bunun üçün çempionatın səviyyəsi yüksək olmalıdır ki, onda milli komanda da güclənəcək".
Xorvatiyalı mütəxəssis daha öncə işlədiyi Türkiyənin "Kayseripor" klubundakı şəraitdən də söz açıb: "Kayseridə cəmi 800 min əhali yaşayır. Ancaq klubunun gözəl bazası, 5-6 meydançası var. Azərbaycandakı şəraiti bu səviyyəyə qaldırmağı qarşıya məqsəd qoymalıyıq. Elə etməliyik ki, futbol ölkədə "1 nömrə"li idman növü olsun".
Qeyd edək ki, Prosineçkidən öncə millimizin baş məşqçisi olmuş Berti Foqts da bu fikirdə idi. Almaniyalı mütəxəssis Azərbaycanda şahmatın "1 nömrə"li idman növü olduğunu bir neçə dəfə açıqlamışdı.