1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Super Liqa 600 milyon dollara satıla bilər
Türkiyə Super Liqasında növbəti 5 mövsümün yayım hüququ yüksək məbləğə satıla bilər. Sportnet.az-ın "Fanatik"ə istinadən məlumatına görə, noyabrın 21-də keçiriləcək tenderdə çempionatın yayım hüququnun 600-650 milyon dollara satılacağı gözlənilir.
Türkiyə Klublar Birliyi Komitəsinin sədri Göksel Gümüşdağ çempionatın yayım hüququnun təxminən bu dəyərdə satılacağını və bununla da yeni rekordun qeydə alınacağını bildirib.
5 il müddətinə nəzərdə tutulan yayım hüququ üçün 4 fərqli paket hazırlanıb. A paketi 425 milyon dollar, B paketi 45 milyon dollar, C paketi 15 milyon dollar, D paketi isə 495 milyon dollardan satışa çıxarılacaq. Amma hərracda bu məbləğin yüksələcəyi gözlənilir.
Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub.