İspaniyanın "Barselona" klubunun prezidenti Jozep Bartemou futbolçu Lionel Messinin komandadakı gələcək taleyi ilə bağlı fikirlərini bildirib. Sportnet.az-ın məlumatına görə, Messinin komandadan getməyəcəyini ifadə edib.
Klub prezidenti argentinalının karyerasını "Barsa"da bitirəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, "Real Madrid"ə yaxınlığı ilə bilinən "Marca" bir neçə gün öncə "Messi "Barselona"nın təklifini rədd etdi" başlığı ilə xəbər yayıb. Xəbərdə Messinin klub tərəfindən təklif olunan yeni müqaviləyə "yox" dediyi qeyd olunub.