Dünyanın ən zəngin klublarından sayılan İngiltərə "Mançester Yunayted"inin borcu durmadan artır.
Sportnet.az-ın məlumatına görə, Mançester təmsilçisinin borcu 286 milyondan 338 milyon funt sterlinqə yüksəlib.
Klubun vitse-prezidenti Ed Vudvordun sözlərinə görə, buna əsas səbəb Çempionlar Liqasında qrupa düşməmələri olub. "Manikuanlar" ötən ilin analoji zaman kəsiyi ilə müqayisədə 3,4 milyon funt sterlinq az gəlir əldə edib. Oyun günü əldə olunan dövriyyə isə 16,8 milyon funt sterlinq aşağı düşüb.
Klubun 1 ildə borcu 18 faiz artıb ki, bunda funt sterlinqin kursunun dollarla müqayisədə aşağı düşməsinin də təsiri olub.