Azərbaycan Premyer Liqası klublarının əvəzedici heyətlərinin ölkə birinciliyində XII tura bu gün 2 oyunla yekun vurulub. Sportnet.az-ın məlumatına görə, matçlar qonaqların 2 top fərqli qələbələri ilə nəticələnib.
"Neftçi" səfər qələbəsi sayəsində turnir cədvəlində 2-ci pilləni "Qəbələ"nin əlindən alaraq yenidən həmin mövqedə qərarlaşıb. Hesabında 22 xal olan Samir Əliyevin komandası lider "Qarabağ" 4 xal geri qalır. "İnte" isə evdə gözlənilmədən autsayder AZAL-a uduzub.
19 noyabr
"Sumqayıt" - "Neftçi" - 1:3
Süleyman Əhmədov, 55 - Kənan Mirzəliyev, 22; Orxan Sabirbəyli, 63 (p.); Ruzigar İbrahimzadə, 87
"İnter" - AZAL - 0:2
Seyidrəzi Ağayev, 2; Renat Aşurov, 63