1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
6,1 milyona görə 10 illik həbs
Ekvador Futbol Federasiyasının (EFF) sabiq prezidenti Luis Çiriboqa FİFA-nın korrupsiya məsələsində günahkar sayılıb. Sportnet.az-ın məlumatına görə, futbol funksioneri 10 illik həbs cəzası alıb.
2015-ci ilin yanvarında bu posta 4-cü dəfə seçilən Çiriboqa təşkilatın pullarının "yuyulması"nda təqsirkar bilinib. Bu, 6,1 milyon dollar təşkil edib. O, vəzifəsindən sui-istifadə başçılıq etdiyi təşkilatının hesabına daxil olan qanunsuz maliyyə vəsaitlərini gizlədib.
Çiriboqa ötən ilin dekabrında həbs olunub. Onun vəkilləri məhkəmənin qərarından şikayət etmək fikrindədir.
Xatırladaq ki, 2015-ci ilin mayında FİFA-da yaranan böyük qalmaqal nəticəsində 14 futbol funksionerinə ittiham sürülüb.