1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin oyunlarından "Qarabağ" və "Qəbələ"yə
Avropa Liqasının qrup mərhələsinin V turunda "Qəbələ" və "Qarabağ" klublarının oyununa təyinat alan baş hakimlər artıq azərbaycanlı futbolsevərlər üçün tanışdır. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" və Belçika "Anderlext"i arasındakı görüşün baş hakimi Yevgeni Aranovski EURO-2014-ün seçmə qrup mərhələsində millimizin oyununda fit çalıb.
O, Norveçlə Bakıda keçirilmiş görüşdə iş başında olub. Həmin oyunda millimiz 0:1 hesabı ilə məğlub olub. Oyun ərzində əlini 5 dəfə cibinə atan referi meydan sahiblərinə 2, qonaqlara 3 sarı vərəqə göstərib. Həmin oyun da "Qəbələ"nin "Anderlext"i qəbul edəcəyi "Bakcell Arena"da olub.
Çexiyada "Slovan" və "Qarabağ" komandalarının oyununu idarə edəcək isveçli Stefan Yohannesson da bir dəfə millinin oyununu idarə edib. DÇ-2014-ün seçmə qrup mərhələsində İsraillə səfər oyununa təyinat almış Yohannesson 4 dəfə sarı vərəqə göstərib. Bunlardan 3-ü millimizin, 1-i isə rəqibin aktivinə yazılıb. Həmin görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İsveçli referi 2009-cu il avqustun 5-də "Bakı"nın Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bolqarıstanda "Levski" ilə keçirdiyi cavab görüşündə də iş başında olub. Həmin matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Yohanesson meydan sahiblərindən 4, qonaqlardan 2 futbolçuya sarı vərəqə göstərib.