Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunun La Liqanın XII turunda "Atletiko" ilə keçirilən oyun zamanı Koke ilə arasında yaşanan mübahisənin təfərrüatları ortaya çıxıb. Sportnet.az-ın məlumatına görə, "Cadena Cope" radiosu tərəflərin münaqişəsi zamanı portuqaliyalının özünü homoseksual adlandırdığını iddia edib.
Bildirilib ki, Koke Ronaldunu gey adlandırıb və ikinci bunu təsdiqləyib: "Koke məni gey adlandırdı. Mən də ona dedim ki, bəli, mən geyəm. Ancaq çoxlu pulum var".
Həmin görüşdə Ronaldu het-trik edərək komandasına qələbə qazandırıb.











































































