"Qəbələ"nin futbolçusu Sergey Zenyov Avropa Liqasının qrup mərhələsində Belçikanın "Anderlext" klubu ilə qarşıdakı oyunda iştirak etməyəcək. Bu haqda Sportnet.az-a "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk məlumat verib.
O, estoniyalı hücumçunun ümumiyyətlə, həmin matça hazırlaşmadığını bildirib. Ukraynalı mütəxəssis heyətdə zədə baxımından başqa problemin olmadığı sözlərinə əlavə edib.
Qeyd edək ki, Zenyov əzələsində xroniki problem olduğundan xeyli vaxtdır yaşıl meydandan kənarda qalıb. O, belçikalılarla yığma səviyyəsində matçdan - Belçika-Estoniya rəsmi oyunundan də kənarda qalıb. Artıq fərdi məşqlərə başlayan Sergeyin noyabrın 24-dəki Avroliqa matçına hazır olacağına ümid bəslənilsə də, onun bərpa prosesi hələ yekunlaşmayıb.








































































