Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan San Marino yığmasına "ilişənlər"in sırası davam edir. Sportnet.az-ın məlumatına görə, yeni yaradılan Krım yığmasının baş məşqçisi Valeri Petrov "cırtdan ölkə"nin millsini aşağılayıb.
Onun sözlərinə görə, San Marino yığmasından daha səviyyəli komandadırlar: "Futbolun məntiqinə əsasən liqa yaranırsa, 8 komanda çıxış edirsə, yığma da olmalıdır. Bu ideya hələ il yarım öncə beynimizdə fırlanırdı. Ancaq o vaxt bunun hayında deyildik. İndi Krım çempionatı ayaq üstə dayananda, bu ideyanı həyata keçirməyi qərara aldıq. Krım futbolunun səviyyəsindən danışanda onu kimlə müqayisə etməyi başa düşmək vacibdir. San Marino ilə? Fikrimcə, biz bu yığmadan daha güclü olarıq".
Qeyd edək ki, San Marinonu onun meydanında 8:0 hesabı ilə məğlub edən Almaniya yığmasının hücumçusu Tomas Müller bu ölkənin futbolunun peşəkar səviyyəyə bağlı olmadığını açqılamışdı. San Marinonun futbol qurumu almanlardan rəsmən üzr istəməyi tələb etmişdi.










































































