Türkiyə Super Liqasında "Trabzonspor” klubuna "Avni Aker” stadionuna sonuncu dəfə ev sahibliyi edib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu Trabzon təmsilçisi bundan sonra rəqiblərini "Yeni Akyazı” stadionunda qəbul edəcək.
Arenanın tutumu 41 min 461 nəfərlikdir. Trabzonspor"un yeni stadionunda ilk qarşılaşması XIV turda dekabrın 9-da baş tutacaq. Ramil Şeydayevin komandası həmin gün "Adanaspor”u qəbul edəcək.