Noyabrın 29-dan dekabrın 6-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, millinin toplanışına dəvət olunmuş futbolçular ən çox "Neftçi"dəndir. 27 futbolçudan 7-si məhz "ağ-qaralar"dandır.
Hüseynov Əsgər, Əliyev Famin (hər ikisi "Qarabağ"), Allahverdiyev Kənan ("Kəpəz"), Zəkiyev Şahin, Qayalı Murad, Həsənov Yusif, Qarayev Ricat, Muxtarlı Ceyhun, Qədirzadə İbrahim, Pənahov Elvin (hamısı "İnter"), Hüseynov Aqşin, Əhmədov Süleyman, Babayev İsmayıl (hamısı "Sumqayıt"), İbrahimov Kamran, Daşdəmirov Rəhman, Əliyev İbrahim, Həziyev Bahadur, Mehdiyev Pilağa, Rizvanov Ərziman, Tomarov Xəyal (hamısı "Neftçi"), Popov Murad, Sadıxov Əli, Nəbiyev Fərid (hamısı "Qəbələ"), Bağırov Nazim, Dəndiyev Kamal, Həsənov Kənan (hamısı "Vətən"), Əliyev Ülvi ("Zirə")