Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" - "Partizan" cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.
UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində "Neftçi" PFK Serbiyanın "Partizan" komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etmək istəməsi ilə bağlı AFFA-ya müraciət etmiş, AFFA isə məsələ ilə əlaqədar müvafiq qaydada UEFA-ya müraciət ünvanlamışdı. Artıq Avropa futbol qurumu müraciəti müsbət cavablandırıb.
Beləliklə, avqustun 28-də "Neftçi" - "Partizan" oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.