1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Xəzər Lənkəran" üçün 5 debütant
Topaz Premyer Liqasının 2014/15 mövsümünün startı 5 futbolçunun "Xəzər Lənkəran”da debütü ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, AZAL-la səfər oyununda Rəşad Sadiqov, Rauf Əliyev, Alfred Sanko, Qalin İvanov və sonradan meydana çıxan Fernando Qabriel ilk dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.
"AZAL Arena”da baş tutan görüşədək 172 oyunçu rəsmi matçlarda "Xəzər Lənkəran”ın formasını geymişdi. 1-ci turun qarşılaşmasından sonra bu rəqəm 177-yə çatıb.
1:1 hesabı ilə başa çatan qarşılaşmada debüt edənlərdən ikisi yerli, 3-ü legioner futbolçudu. Rəşadla Rauf klub tarixinin yerli oyunçularının ümumi sayını 65-ə çatdırıb. Milliləşənlər də daxil olmaqla "Xəzər Lənkəran”da oynamış legionerlərin sayı 112-di. Bura daxil olan son 3 oyunçudan Alfred Syerra-Leone, Qalin Bolqarıstan, Fernando Braziliya təmsilçisidi.
Sonuncunun sayəsində "Xəzər Lənkəran”dakı təmsilçilik sayında Braziliya Rumıniyaya çatıb. Bu iki ölkədən rekord sayda – 18 futbolçu cənub klubunun formasını geyib. Qalin isə 5-ci bolqarıstanlıdı. Alfred isə Julius Vobaydan sonra ikinci syerra-leoneli kimi klub tarixinə düşüb.
Ümumilikdə isə 112 legioner 37 ölkəni təmsil edir: Rumıniya, Braziliya – hərəsi 18, Türkiyə - 10, Serbiya – 7, Belarus, Bolqarıstan – hərəsi 5, Portuqaliya, İspaniya – hərəsi 4, Xorvatiya - 3, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Makedoniya, Syerra-Leone – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Mərakeş, Kamerun – hərəsi 1.
Rauf debüt oyununda mövsümün ilk qoluna imza atıb. Bununla da Əliyev "Xəzər Lənkəran”da qol hesabını açıb. O, klubun 10 illik tarixində qol sevinci yaşayan 91-ci futbolçudu. Bu oyunçulardan 60-ı milliləşənlər də daxil olmaqla əcnəbilərdi. Rauf isə qol vuran 31-ci yerli futbolçu kimi tarixə düşüb. Bu 91 futbolçudan başqa daha 7 dəfə "Xəzər Lənkəran”ın qoluna rəqib oyunçularının avtoqolu səbəb olub.