Bu mövzu ilə bağlı 8 əcnəbi baş məşqçidən söhbət açacağıq. Onlar arasında Qyoko Hacıyevskini xüsusi qeyd etməliyik. Ölkəmizdə ilk olaraq "Bakı"da çalışan makedoniyalı mütəxəssis tam da olmasa, 3 mövsüm işləyib. Onun həmin müddətdə ən böyük uğuru 2009-cu ildə Azərbaycan çempionu olmasıdır. Ancaq Hacıyevski növbəti mövsümün əvvəlində postundan getməli olub və onu Böyükağa Hacıyev əvəzləyib.
"Bakı" ilə yollarını ayırdıqdan sonra Azərbaycanı tərk edən Hacıyevski 2010-cu ildə geri dönüb və bu dəfə əyalətə üz tutub. 61 yaşlı mütəxəssis Zaqatalanın "Simurq" klubunun baş məşqçisi olub və bu dəfə autsayder komandanın "sükanı arxası"nda olub. İki klubda çempionatda 82 oyun keçirən Hacıyevski 31 qələbə qazanıb, 19 heç-heçə edib, 32 məğlubiyyət alıb (topların fərqi 103-86) və 112 xal toplayıb.
Qyoko Hacıyevski |
2007/08, 2008/09, 2009/10 |
Bakı |
Makedoniya |
51 |
28 |
12 |
11 |
87 |
37 |
96 |
Qyoko Hacıyevski |
2010/11 |
Simurq (Zaqatala) |
Makedoniya |
31 |
3 |
7 |
21 |
16 |
49 |
16 |
İlk olaraq "Bakı"da çalışan, sonradan əyalətə yollanan digər əcnəbi mütəxəssis Cüneyt Biçər olur. Gənc türkiyəli mütəxəssis "Bakı"da baş məşqçi əvəzi olsa da, qısa müddətdə uğur qazana bilib. O, işlədiyi 2009/10 mövsümündə həm Azərbaycan kubokuna, həm də milli çempionatın gümüş medalına yiyələnib. Bundan sonra "Xəzər Lənkəran"da uşaq futbolunda çalışan Biçər 2011/12 mövsümündə baş məşqçi təyin olunub. Lənkəran klubu həmin mövsüm də gümüş mükafatçı olub. Biçərin 2 klubda cəmi 15 oyun keçirib. Bunlardan 8-də qələbə, 4 heç-heçə, 3 məğlubiyyət olub (topların fərqi 21-8) və 28 xal qazanılıb.
Cüneyt Biçər |
2009/10 |
Bakı |
Türkiyə |
7 |
3 |
3 |
1 |
8 |
4 |
12 |
Cüneyt Biçər |
2011/12 |
Xəzər Lənkəran |
Türkiyə |
8 |
5 |
1 |
2 |
13 |
4 |
16 |
"Bank təmsilçiləri"nin mütləq rekordçusu
Kaxaber Tsxadadzenin hər 2 klubu paytaxtın, özü də "bank təmsilçisi" olub. Bunlar Bakının "Standard" və "İnter" klublarıdır. Gürcü mütəxəssis ilk komandasında cəmi 1 il işləyibsə, "bankirlər"də 6 mövsüm keçirib. Tsxadadzenin oyun sayına görə əcnəbilər arasında mütləq rekordçudur ki, bu, 221 matçdır. O, bunların demək olar yarısında - 110-də qələbəyə sevinib. 61 heç-heçə edən gürcü baş məşqçi 50 dəfə meydanı məğlub tərk edib (topların fərqi - 286-172). Tsxadadze 390 xal toplayıb ki, bu da rekord göstəricidir.
Kaxaber Tsxadadze |
2009/10-2014/15 |
8 |
İnter (Bakı) |
Gürcüstan |
195 |
99 |
56 |
40 |
257 |
148 |
353 |
Kaxaber Tsxadadze |
2007/08 2008/09 |
2 |
Standard |
Gürcüstan |
26 |
11 |
5 |
10 |
29 |
24 |
37 |
Yaxın klubların birindən digərinə keçən
Kemal Alispahiç işinə əyalətdə başlayarq sonradan paytaxta yollanıb. Bu, əvvəlcə Salyanda "Muğan"da, sonra Bakıda "Rəvan" klubunda çalışmaq idi. Əslində, bu klubların bir-biri ilə yaxın, rəhbərliyin eyni olduğunu nəzərə alsaq, bosniyalı mütəxəssis demək olar eyni strukturda işləyib. Alispahiç bu klubların hər birində cəmi 1 mövsüm keçirib. Maraqlıdır ki, oyun sayları da bərabər olub - hərəyə 12. Bosniyalı mütəxəssisin "Muğan" və "Rəvan"da qələbələrinin sayının da eyni oması diqqət çəkir - hərəyə 3. O, 24 matçın 6-da qələbəni bayram edibsə, 3 dəfə heç-heçə edib, 15 məğlubiyyət alıb (topların fərqi 17-40) və 21 xal toplayıb.
Kemal Alispahiç |
2012/13 |
Rəvan (Bakı) |
Bosniya və Herseqovina |
12 |
3 |
1 |
8 |
10 |
23 |
10 |
Kemal Alispahiç |
2009/10 |
Muğan (Salyan) |
Bosniya və Herseqovina |
12 |
3 |
2 |
7 |
7 |
17 |
11 |
1 klubda 3 dəfə işləyən
Naci Şensoyla bağlı vəziyyət fərqlidir. Məsələ ondadır ki, türkiyəli mütəxəssis eyni kluba qayıdıb və 3 dəfə orda işləyib. Bu, Tovuzun "Turan" klubudur. Ölkəmizdə işləyən ilk əcnəbi mütəxəssis olan Şensoy ümumilikdə 4 mövsümdə iş başında olub. Düzdür, bunlardan yalnız 2004/05 mövsümü tam, ən yüksək göstərici - 4-cü yer də həmin vaxt olub. Şensoy "Turan"da 61 matç keçirib ki, bunlardan 34-də qalib gələ bilib. Qalan 27 oyundan 12-də bərabərlik, 15-də məğlubiyyət qeydə alınıb. Topların fərqi 89-44 tovuzluların xeyrinə olub. Şensoy "Turan"da 114 xal toplayıb.
Naci Şensoy |
2001/02 |
Turan (Tovuz) |
Türkiyə |
4 |
2 |
1 |
1 |
6 |
1 |
7 |
Naci Şensoy |
2004/05, 2005/06 |
Turan (Tovuz) |
Türkiyə |
47 |
28 |
11 |
8 |
76 |
31 |
95 |
Naci Şensoy |
2010/11 |
Turan (Tovuz) |
Türkiyə |
10 |
4 |
0 |
6 |
7 |
12 |
12 |
Həm iki klubda işləyən, həm də geri qayıdan
Azərbaycan milli çempionatında işləmiş daha bir türkiyəli mütəxəssis - Rasium Kara isə həm iki klubda işləyənə, həm də geri qayıdana aiddir. Onun iki klubu "Qarabağ"la "Xəzər Lənkəran" olub. Kara ölkəmizdə fəaliyyətə başladığı Lənkərana sonradan qayıdıb və Azərbaycan karyerası məhz orada bitib. 2008-ci ilin avqustunda, həmin mövsümün startına 1 həftə qalmış "Qarabağ"ı "Xəzər Lənkəran"a dəyişən elə keçmiş komandasına "Fırtınalar meydanı"da 1:3 hesablı məğlubiyət nəticəsində qovulub.
Kara Azərbaycanda işlədiyi 5 mövsümdə çempionatda 82 matç keçirib. Bunlardan 43-də qələbə, 17 heç-heçə, 22 məğlubiyyət qeydə alınıb (topların fərqi 118-59). Kara 146 xal toplayıb.
Rasim Kara |
2004/05, 2005/06 |
Xəzər Lənkəran |
Türkiyə |
32 |
21 |
4 |
7 |
61 |
17 |
67 |
Rasim Kara |
2006/07, 2007/08 |
Qarabağ (Ağdam) |
Türkiyə |
38 |
14 |
12 |
12 |
35 |
32 |
54 |
Rasim Kara |
2008/09 |
Xəzər Lənkəran |
Türkiyə |
12 |
8 |
1 |
3 |
22 |
10 |
25 |
Tsxadadzenin yerinə keçən həmyerlisi
Tsxadadzenin həmyerlisi, Azərbaycanda onun köməkçisi işləmiş Badri Kvaratsxeliya da 2 klubda çalışsa da, bunlardan 1-i aşağı divizion təmsilçisi olub. Söhbət 2014/15 mövsümündə rəhbərlik etdiyi "Turan"dır. Çünki Tovuz klubu həmin vaxt artıq Premyer Liqada deyildi, birinci diviziona düşmüşdü. Kvaratsxeliya Tsxadadzenin 2009-cu ilin qışında "Standard"dan gedişindən sonra baş məşqçi postuna keçib və 9 oyunda iş başında olub. Bunların 3-də qələbə, 1-də heç-heçə, 8 məğlubiyyət və 12 xal olub (topların fərqi 8-12).
Badri Kvaratsxeliya |
2008/09 |
Standard (Bakı) |
Badri Kvaratsxeliya |
2014/15 |
Turan Tovuz |
Uğursuz Uzunca
Nəhayət, sonda Azərbaycanda işləmiş daha bir türkiyəli mütəxəssis - İbrahim Ucunzadan bəhs edəcəyik. O, ölkəmizdə 2 klubda, 3 komandada işləyib. Düzdür, bunlar yaxın klublar olub. Onlardan 2011/12 mövsümündə işlədiyi "Lokomotiv" (Biləcəri) birinci divizion təmsilçisi idi. Ucunca 2013-15-ci illərdə isə "Bakı" klubunda işləyib. O, 2013/14 mövsümündə "zolaqlılar"ın əvəzedici komandasına başçılıq edib. "Bakı"nın Premyer Liqada son mövsümü olan 2014/15-də isə türkiyəli onun baş məşqçisi olub. Bu fəaliyyət 32 oyundan ibarət idi. Onların yalnız 3-də qalib gələn Uzunza 8 heç-heçə, 21 dəfə meydanı məğlub tərk edib (topların fərqi 19-68). "Bakı" onun rəhbərliyi altında cəmi 17 xal toplayıb və 2004-cü ildən fasiləsiz çıxış etdiyi güclülər dəstəsini tərk edib.
İbrahim Uzunca |
2011/12 |
Lokomotiv (Biləcəri) |
İbrahim Uzunca |
2013/14 |
Bakı-Əvəz |
İbrahim Uzunca |
2014/15 |
Bakı |
Mehman SÜLEYMANOV
Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib