
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Partizan" - "Neftçi" matçının biletləri satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Cənub-şimal sektorları üzrə biletlər 400 dinar (3,5 manat), şərq-qərb sektorlarının kənar tribunları üzrə biletlər 800 dinar (7 manat) və şəqr/qərb sektorlarının mərkəzi tribunaları üzrə biletlərin qiyməti isə min dinardır (9 manat). VİP sektorlarına biletlərin qiyməti 3 min dinar (27 manat) olaraq göstərilir.
Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu avqustun 21-də Serbiyada keçiriləcək Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.