"Trabzonspor” klubu hücumçu mövqeyinə futbolçu arayışlarını davam etdirir.
Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Fənərbağça”lı Fernandaonun Qara dəniz təmsilçisinə transfer olunma variantı yaranıb. 29 yaşlı braziliyalı hücumçunun "sarı lacivərdlilər”in heyətində özünə yer tapa bilməməsi transfer iddialarını gücləndirib.
Qeyd edək ki, xəbərdə Belçika "Anderlext”inin forvardı Lukaş Teodorçikin "Trabzonspor” tərəfindən izləndiyi də yazılıb.