"Xəzər Lənkəran”ın sabiq qapıçısı Toni Doblas italiyanın "Napoli” klubundan kənarlaşdırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Neapol komandasının baş məşqçi Rafael Benites açıqlama verib.
O, Doblasla yanaşı, kollektivi tərk edən digər oyunçu Antoni Reveyerə də xidmətlərindən dolayı minnətdarlıq edib: "Hər iki oyunçu komandamızın ağır vəziyyətində sıralarımıza qoşuldu. Hər ikisi mövsümün yekunlərına görə əldə etdiyimiz nəticələrdə pay sahibi oldular. İlk gündən bizimlə olduqları son anadək özlərini əsl peşəkar kimi göstərdilər. Onlar hər bir komanda üzvünə əsl peşəkarlıq nümunəsi oldular".

Qeyd edək ki, Toni Doblas "Xəzər Lənkəran"dan ötən ilin yayında Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə İsrail "Makkabi"sinə 0:8 hesablı məğlubiyyətdən sonra qovulub. Doblas "Napoli” ilə fevralın 27-də azad agent kimi 4 aylıq müqavilə imzalayıb. O, Neapol təmsilçisinin heyətində İtaliya Kubokunu qazanıb.