Gürcüstan futbolunda maraqlı olay baş verib. Sportnet.az-ın məlumatına görə, yüksək liqanın bir neçə klubunda məvacib yerinə sosiska verilir.
Futbolçu Qiqa Beçvaya bildirib ki, qaz qəbzini ödəmək üçün pulun əvəzinə sosiska verib. Bununla da o, minimum daha bir ay istiliklə təmin olunacaq.
Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq müdafiəçisi Rasim Ramaldanov cari mövsümdən Gürcüstanın yüksək liqasında "Kolxeti" klubunda çıxış edir.