1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Süleymanovdan Məmmədova irad: "Xaqani, dirəşmə!"
Azərbaycanın ilk beynəlxalq dərəcəli hakimləri olan Xaqani Məmmədovla Tahir Süleymanov ilk dəfə futbol verilişində birqə qonaq qismində iştirak ediblər. Sportnet.az-ın məlumatına görə, bu, "Xəzər TV"də "Futbol saatı" proqramında baş tutub.
Mətbuatda bir-birlərinin ünvanına kəskin ifadələr söyləməkdən çəkinməyən, düşmənlər sayılan veteran hakimlər arasında teleproqramda qalmaqal yaşanmayıb. Düzdür, mübahisələr olsa da, tərəflər bir-birlərinin fikirlərini dinləyib və insidentə girişməyiblər.
Süleymanov 2 məsələdə Məmmədovun fikri ilə razılaşmayıb. Bu, öncə "Qarabağ" - "Qəbələ" matçının baş hakimi Rəhim Həsənovla bağlı olub. Süleymanov Həsənovun Əliyar Ağayevdən fərqli stabil hakim olmadığını bildirsə də, Məmmədov bununla razılaşmayıb. Premyer Liqanın son turunda "Zirə" - "İnter" matçında qonaqlara göstərilən sarı vərəqələrdən 1-də fikir ayrılığı olub. Komitə sədri "İnter"in rumıniyalı müdafiəçisi Manuel Skarlatakeyə göstərilən ilk sarı vərəqənin doğru olduğunu desə də, Süleymanov "Baş hakim Orxan Məmmədov bu epizodda verməyə də bilərdi" fikrini səsləndirib.
Məmmədov həmkarına veriliş boyu "Tahir" deyə müraciət etsə də, Süleymanov əvvəl fərqli mövqe tutub. O, komitə sədrinin yaşda özündən böyük olmasını əsas gətirərək "Xaqani" deyə müraciət etməsinin düzgün olmadığını söyləyib. Ancaq sonradan Süleymanov da həmkarına adı ilə, yəni "Xaqani" deyə müraciət etməsi ilə yadda qalıb.
Bir məqam isə xüsusilə diqqət çəkib. Süleymanov Məmmədovun hakimliyə dair qaydalarla bağlı fikirlərini dinləyəndən sonra "Xaqani, dirəşmə" deyə iradını bildirib.
"Azərsun Arena"dakı qalmaqallı matçdakı epizodlarla bağlı keçmiş hakimlər arasında ciddi fikir ayrılığı olmayıb. Sadəcə, Süleymanov Məmmədovun "Rəhim gərək oyunu daha tez bitirəydi" fikri ilə razılaşıb. Süleymanov onu da bildirib ki, AFFA Hakimlər Komitəsində işləmək fikri yoxdur və hakimlikdən sonra klub strukturunda çalışmaq niyyətindədir. Bu yerdə qeyd edək ki, Süleymanov "Neftçi"də 5 il vitse-prezident olub və bunun 3-də çempionluq qazanılıb.
Məmmədov verişinin sonunda gülərək aparıcı Sənan Abdullayevə "Siz elə bilirdiniz ki, biz düşmənik" deməklə Süleymanovla arasında probleminin olmadığına işarə vurub. Abdullayev isə öz növbəsində "Biz yox, bütün futbol ictimaiyyəti belə düşünürdü" fikrini ifadə edib.