1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov Paulo Souzanı qabaqlayacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Fiorentina" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sportnet.az-ın məlumatına görə, dekabrın 7-si "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçiisi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"
Fiorentina"nın son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adıan Respublika stadionunda baş tutacaq. İtaliya təmsilçisinin baş məşqçisi Paulo Souza son məşqdən öncə saat 19:30-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Rəqibin son məşq və mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün "Azərsun Arena"dan xüsusi avtobus ayrılacaq.
Matça qeydiyyatdan keçmiş KİV nümayəndələri sabah saat 13:00-dan etibarən Respublika stadionunun media mərkəzindən akkreditasiyalarını əldə edə bilər.
Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı dekabrın 8-i saat 20:00-da start götürəcək.