1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Futbolçuların ölümünə səbəb olan qəza ilə bağlı həbslər başladı
Təyyarəsi Kolumbiyada qəzaya uğrayan "LaMia" aviaşirkətinin baş direktoru Qustavo Varqas Qamboa Boliviyada şirkətin iki əməkdaşı ilə birlikdə saxlanılaraq Santa Krus prokurorluğuna aparılıb. Sportnet.az-ın məlumatına görə, ümumilikdə 6 nəfərə qarşı istintaq aparılır, onlardan üçünə qarşı həbs qətimkan tədbiri seçiləcək.
Həmçinin "LaMia"nın həmsahiblərindən olan Marko Roçiyə qarşı da istintaq gedir. Şirkətin üçüncü həmsahibi, pilot Migel Kiroqa təyyarə qəzasında həlak olub. O, təyyarəyə əlavə yanacaq doldurmamasına fikir verməyərək səhlənkarlıq etməkdə şübhəli bilinir.
Kolumbiyanın Medelyin şəhərində baş verən qəza nəticəsində Braziliyanın "Şhapekoense" futbol komandasının üzvləri həlak olub.
Qeyd edək ki, ekspertlər artıq qəzanın səbəbi kimi laynerin çənində yanacağın olmamasını göstərib.