Azərbaycanlı futbolçu Aleksandr Səmədovun Moskvanın "Spartak" klubuna keçidi düyünə düşüb. Sportnet.az-ın məlumatına görə, "Lokomotiv"in və Rusiya yığmasının 32 yaşlı yarımmüdafiəçisinin ölkəsinin ən tituulu klubuna transferi müvəqqəti təxirə salınıb.
Buna səbəb Səmədovla "dəmiryolçular" arasında imzalanan müqaviləyə əsasən transfer hüquqlarına sahib olmaq istəyən klubun 5 milyon avro ödəməli olmasıdır. "Spartak" isə bu məbləği vermək istəmir və uzağı 2 milyon ödəməyə hazırdır.
Aleksandrın "Spartak"la şəxsi müqaviləsinin şərtləri "Lokomotiv"lə praktiki olaraq eynidir - illik bonussuz 2 milyon avroya yaxın. Anlaşmanın müddəti 2,5 illik nəzərdə tutulub.
Hazırda danışıqların nəticəsi "Lokomotiv"un rəhbərliyinin mövqeyindən asılıdır. Onlar Səmədovla bağlı təklifə hələ cavab verməyiblər. Məəslənin bu həftəsonunadək həllini tapacağı gözlənilir.