Almaniyanın "Maynts" klubunun futbolçusu Fabian Frey Avropa Liqasının son turunda "Qəbələ" ilə sabahkı ev oyunu öncəsi fikirlərini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, jurnalistlər qarşısına çıxan isveçrəli yarımmüdafiəçi qrupda mübarizəni qələbə ilə başa vurmaq istədiklərini bildirib.
Bunadək Mayntsda "Sent-Etyen" və "Anderlext"lə keçirilən matçlarda qalib gələ bilməyən komandanın yeganə qələbəsi "Qəbələ" üzərində "Bakcell Arena"da 3:2 hesabı ilə olub. Həmin oyunda iştirak edən Frey ürəklərində xüsusi yer tutan klublun uğurlu çıxışı ilə bağlı nikbindir: "Oyuna cidid yanaşmışıq. Hamımız qarşımızda duran vəzifəni başa düşürük. Stadiona gələcəyi gözlənilən 12 min azarkeşimizi doğma vətəndə layiqli yekun nəticə ilə sevindirmək fikrindəyik. Qazanacağımız ilk ev qələbəsini onlara bəxş etmək istəyirik".
Qeyd edək ki, "Maynts" qrupda hər 2 ev oyununda 1:1 hesablı heç-heçə edib.