"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muarem Avropa Liqasının qrup mərhələsinin son turunda "Fiorentina"ya evdə 1:2 hesabı ilə yenildikləri matçdan sonra müsahibə verib. Sportnet.az-ın oyunda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Qəbələ gözlədiyimiz, ancaq sonda məğlub olduğumuz qarşılaşma haqda nə deyə bilərsən?
- Çətin matç oldu. Qrupda son oyunda pley-offa vəsiqə qazanmaq üçün əlimizdən gələni etdik. Meydanda bütün gücümüzü qoyduq. Rəqib çox güclü idi. Real qol imkanlarımızı dəyərləndirsəydik, hər şey başqa cür ola bilərdi. "Fiorentina"nın da bizim kimi dirəkdən qayıdan topu oldu.
- Fasilədə əvəzlənməyin nə ilə bağlı idi?
- Bu, baş məşqçinin qərarı idi. Hansısa zədəm yox idi. Əlbəttə, 90 dəqiqə oynamaq istəyirdim. Amma baş məşqçi belə məsləhət bildi ki, əvəzlənim.
- "Qarabağ” bu dəfə hansı səbəbdən mərhələ adlaya bilmədi? Yenə təcrübəsizlik, yoxsa?
- Təcrübəsiz komanda deyilik. Çünki artıq 3 ildir Avropa Liqasının qrup mərhələsində çıxış edirik. Yenə qrupdan çıxa bilməməyi şanssızlıqla əlaqələndirərdim. Ndlovunun zərbəsi dirəyə yox, tora getsəydi, oyunun gedişi də başqa cür olacaqdır.
- Hesabə bərabərləşdirsəniz də, rəqib qısa müddətdə qələbə topunu vurdu. Həmin anda dayanmağınızın səbəbi nə idi?
- "Fiorentina" ikinci qolu ofsayddan vurdu və buna təkrarda baxdıq. Doğrudan da rəqib futbolçu ofsaydda idi. Bunun üzərində çox dayanmaq istəmirəm.
- Bu gün meydanda seçilmədiniz. Oyununuza mane olan nə idi?
- Matçın əvvəlində çətinliklə üzləşdik. Toparlandıqdan sonra oyunumuzu qurmağa çalışdıq.
- Meydançanın qazonun necə idi?
- Buzlu idi. Amma bunu bəhanə etməməliyik. Çünki hər iki komanda eyni meydanda oynadı. Buna görə də şərtlər hər ikimiz üçün də eyni idi.
- Qarşılaşmanıən taleyini fərdi səhvlərinizin həll etdiyini söyləmək olarmı?
- Mən belə deməzdim. Əksinə, rəqibin də fərdi səhvləri oldu. Həlledici an Dinonun qaçırdığı epizod oldu.
- Xorvatiyalı baş İvan Bebekin idarəçiliyi sizi narahat etmədi?
- Hakimi iş başında gördüyümdən az-çox tanıyırdım. Ola bilər, əleyhimizə qərarlar versin. Bebek bunu birtərəfli etmirdi, rəqibin də əleyhinə qərarlar verirdi.