"Qarabağ" klubu Türkiyə Super Liqasının hesabat turunda "Beşiktaş" - "Bursaspor" matçından sonra baş verən terror hadisəsində həlak olanların ailələlərinı mənəvi dəstək olub.
Sportnet.az-ın məlumatına görə, klubun "Facebook" səhifəsində bununla bağlı başsağlığı yerləşdirib: "Türkiyənin İstanbul şəhərində dünən baş tutan "Beşiktaş" - "Bursaspor" matçından sonra baş verən terror hadisəsi zamanı həyatını itirənlərinin ailələrinə, yaxınlarına Allah rəhmət diləyir və qardaş ölkəmiz Türkiyəyə "başın sağ olsun" deyirik.
Acınız acımızdır, Türkiyə!!!"
"Sumqayıt" klubu rəsmi saytına başsağlığı verib: "Türkiyənin İstanbul şəhərinin mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində həyatını itirmişlərin ailələlərinə dərin hüzünlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalıb ayağa qalxmalarını arzulayır...
Baş vermiş faciədə dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik!"
Qeyd edək ki, terakt nəticəsində 29 nəfər həlak olub və bunlardan 2-si "Beşiktaş"ın əməkdaşları olub.