"Rəqib komandanın oyununu gördünüz. Oyun haqqında nə deyə bilərəm?". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la keçirilən ilk oyunundan sonra "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov deyib.
Baş məşqçi 6:0 hesablı məğlubiyyətdən sonra bunları bildirib: "Çempionat oyunlarında nəyəsə nail olmaq istəyirsən. Bu gün isə qolu tez buraxdıq. İki qol penaltidən vuruldu və futbolçular ruhdan düşdü. Qəbul etməliyik ki, rəqib "Qarabağ"dır".