"Neftçi”nin futbolçusu Rəhman Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə” ilə ilk oyunda qazandıqları 3:0 hesablı qələbədən sonra müsahibə veirb. Spornet.az-ın məlumatına görə, qarşılaşmada kapitan olan yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsən?
- Çətin matç oldu. "Zirə”ni iki ildən artıqdır məğlub edə bilmirdik. Kubok qarşılaşması olduğuna görə bizim üçün xüsusilə vacib idi. Əlimizdə olan bu şansı dəyərləndirmək istəyirik. Səfərdə qalib gəldiyimizə baxmayaraq, hələ heç nə həll olunmayıb. Cavab matçında ciddi hazırlaşmalıyıq.
- Hər halda, 3:0 hesabı yetərincə böyük fərqdir...
- Bu hesab o demək deyil ki, hər şey bitib. Növbəti qarşılaşmada daha yaxşı çıxış etməliyik.
- "Zirə"nin baş məşqçisi Adil Şükürov mətbuat konfransında bildirib ki, cavab matçında "Neftçi”ni keçəcəyik...
- Kiminsə bizi zəif hesab etməsini sevmirəm. Onun demək istəyirəm ki, asan oyun olmayacaq. Əlimizdən gələni edəcəyik ki, evdə də lazımi nəticəni qazanaq.
- Bu cür qələbələr adətən komandada özünəinamı artırır. Səncə, bu, yüksəlişin başlanığıcı ola bilərmi?
- Əlbəttə, qələbə həmişə yaxşıdır və komandanın motivasiyasını artırır.
- Matçdan öncə heç kim "Neftçi”yə şans vermirdi. Belə bir nəticəni gözləyirdiniz?
- Zirəyə qələbə qazanmağa gəlmişdik. Matçdan öncə baş məşqçimiz Elxan Abdullayevin tapşırıqları oldu. Biz də onları düzgün yerinə yetirdik. Bu gün bizdə hər şey alındı.
Mənbə: Apasport.az