1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-ın bitən 231 günük həsrəti: Yaxşı ki gürcülər var...
AZAL Azərbaycan Premyer Liqasında qələbə həsrətinə son qoyub. Sportnet.az-ın məlumatına görə, Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda buna çempionatda ilin son matçında nail olub. "Təyyarəçilər" "Neftçi" ilə "Dalğa Arena"da keçirilən səfər qarşılaşmasında 1:0 hesabı ilə üstün olub. Göründüyü kimi, Şüvəlan təmsilçisinin həsrəti qonşu məkanda - Mərdəkanda bitib.
Tərlan Əhmədovun yetirmələri cari mövsümdə 1 dəfə, elə bu ay meydanı qalib tərk etsə də, bu, ölkə kubokunda idi. Birinci divizon təmsilçisi "Rəvan" üzərində evdə qələbə böyükhesablı olub - 4:0 Həmin oyunda 5 dəqiqəyə (80 və 85-ci) dubl edən gürcü hücumçu David Canelidze bu dəfə çempionatda qələbə topunun müəllifi olub. Özü də yenə 80-ci dəqiqədə fərqlənib.
"Təyyarəçilər" bunadək Premyer Liqada sonuncu qələbəsini ötən mövsümün XXXII turunda "Xəzər Lənkəran" üzərində Şüvəlanda qazanıb. Maraqlıdır ki, onda da hesab 1:0 olub və onda da gürcü legionerin ikinci hissədə vurduğu yeganə qol qələbə gətirib. Fərq ondadır ki, keçən dəfə Nuqar Kvirtiya fərqlənib. AZAL 231 gündən sonra çempionatda qələbəni bayram edib.