1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Təbriz Həsənov: "Turnirin mükafatçısı olmağa gücümüz çatar" - MÜSAHİBƏ
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-19) baş məşqçisi Təbriz Həsənovun Sportnet.az-a müsahibəsi
- Qranatkin turnirində püşkün nəticəsi və təqvimi artıq bəllidir...
- Rəqiblərimiz heç biri ilə qarşılaşmam olmayıb. U-17 yığması ilə final mərhələsinə hazırlaşanda bütün rəqbləri yaxından izləyirdim. Slovakiya güclü yığmadır. Həmin vaxt öz qrupundan 1-ci yerlə elt-raunda çıxmışdı. Litva U-19-u zəif komanda deyil. Onların bu yaş qrupu güclüdür. Qazaxıstan yığması haqda belə məlumatım var ki, onları keçən bu ölkədə "Prezident kuboku”nda görmüşəm. Ancaq bizim bir qrupda deyildilər. Qazaxlar zəif deyillər. Qrupumuzda ən azından hər komandanın çıxmaq gücü var. Biz də çalışacağıq ki, növbəti mərhələyə keçək.
- Ümumiyyətlə, turnirdə qarşıya qoyulan məqsəd nədir?
- İlkin hədəfimiz qrupda ilk 2 yerdən birinə tutaraq pley-offa çıxmaqdır. Sonrasına baxarıq. Turnirdə qrupda tutduğun yerə uyğun mübarizəni davam etdirəcəksən. Biz də çalışacağıq ki, növbəti mərhələyə keçək. Bu dəfə daha yaxşı çıxış etmək istəyirik. Keçən il turnirdə 1 yaş böyüklərlə çıxış etmişdik. Onda 7-ci yer uğrunda Belarusa qalib gəldik. Bu dəfə öz yaşıdlarımızla oynayırıq və daha yüksək yerlər uğrunda mübarizə aparmaq fikrindəyik.
- Hazırkı komandamızın potensialı mükafatçılar sırasında düşməyə və ya qalib olmağa imkan verirmi?
- Buna etməyə gücümüz çatar. Zədəlilərimiz olmasa, optimal heyətimiz olsa, bunu bacara bilərik. Mükafatlar uğrunda mübarizə aparmağa çalışacağıq.
- Rəqiblərin ardıcıllığı komandanın çıxışına təsir göstərə bilərmi?
- Yox. Bu, elə də fərq eləməz. Məncə, ardıcıllıq rol oynamır. Turnirdə oyunlar qısa müddət ərzindədir. İstirahət azdır, demək olar bir gündən bir oynamalı olursan. Yorğunluq olacaqsa, hamıda olacaq.
- Hazırlıq planlarınız necə olacaq?
- Dekabrın 22-də bir araya gələcəyik. 30-dək hazırlıq keçəcəyik. Yeni illə əlaqədar futbolçuları 3 gün buraxırıq. Yanvarın 3-də yenidən toplaşaraq 3 gün sonra Sankt-Peterburqa yollanacağıq. Yanvarın 7-də orada məşqimiz var.
- Toplanışa çağırılacaq futbolçulardan kənarda qalan olacaq?
- İlkin heyət bir qədər geniş olacaq. Çünki zədə, xəstələnmə yaxud başqa probem ola bilər. Buna görə də əlimizdən olan heyətlə vəziyyətdən çıxmaq istəyirik. Təxminən 22-23 futbolçu çağıracağıq. Sankt-Peterburqa 18 futbolçu aparacağıq.
Mehman SÜLEYMANOV