"Maraqlı oyun oldu, bu gün futbolçularımın istəkli olması vacib idi, bu oyunda da istək daha çox idi. Rəqib də ilk dəqiqələrdən yaxşı mübarizə apardı".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda "Sumqayıt"la keçirdikləri 1/4 final mərhələsinin cavab görüşündən sonra deyib.
44 yaşlı mütəxəssis ilin son oyunundan sonra jurnalistlərə xoş istirahət arzulayıb: "Futbolçularıma təşəkkür edirəm, ağır bir ili birlikdə geridə qoyduq. Bu il bizim üçün təcrübə ili oldu. Sonda hər birinizə xoş istirahətlər arzulayıram".
Qeyd edək ki, "Qarabağ" evdə 6:0 hesabı ilə məğlub etdikləri "Sumqayıt"ı səfərdə də darmadağın edib - 5:2. Yarımfinalda rəqib "İnter" olacaq.