Azərbaycan Kubokunun 1/4 final mərhələsinin AZAL-la Bakıda keçirilən cavab oyunu iki futbolçunun "Qəbələ”nin əsas komandasında debütü ilə əlamətdar olub. Sportnet.az-ın məlumatına görə, Şüvəlandakı matçın ikinci hissənin sonlarında meydana çıxan Ramil Həsənovla Fərid Nəbiyev "qırmızı-qaralar”ın heyətində ilk rəsmi matçlarında iştirak ediblər.
Bu görüşədək ümumilikdə 209 futbolçuya güvənən "Qəbələ"nin 11 illik tarixinə Həsənov 210-cu, Nəbiyev 211-ci kimi oyunçu kimi daxil olub. Hər iki gənc futbolçu əvəzedici heyətin üzvləridir.