1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin üzvləri üçün növbəti sınaq
Azərbaycan millisinin futbolçularının çıxış etdiyi klublar Türkiyə çempionatında növbəti oyunlarını keçirəcək. Sportnet.az-ın məlumatına görə, hücumçu Dəniz Yılmazın formasını geyindiyi "Bursaspor" XVI turda "Gənclərbirliyi"nin qonağı olacaq.
Bursalılar qələbə qazanacağı təqdirdə Trabzonda keçiriləcək qarşılaşmanın nəticəsindən asılı olaraq 4-cü pilləyə yüksələcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" klubu isə "Fənərbağça"nı sınağa çəkəcək. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatarsa, komanda 9-cu pillədə yer alacaq. Qarşılaşmaya 21:00-da start veriləcək.
Qeyd edək ki, "Bursaspor" hazırda 27 xalla 5-ci, "Trabzonspor" isə 18 xalla 11-ci pillədədir.