
Cari mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının ikinci gününü 2 məşqlə yekunlaşdırıb. Sportnet.az-ın məlumatına görə, əsas komanda günün ilk məşqini fitnes zalında gerçəkləşdirib.
"Qırmızı-qaralar” topsuz çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələri günün ikinci məşqində topla hazırlıq keçib.