
Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrupda son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda Slovakiya ilə qarşılaşıb.
Qarşılaşma Slovakiya yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığması oyunun 64-cü dəqiqəsindən sonra mübarizəni 10 nəfərlə davam etdirib. Ricat Qarayev qırmızı vərəqə alaraq meydandan qovulub. Oyunda yeganə qolu 88-ci dəqiqədə Vitsian Martin vurub.
C qrupunun bu gün keçirilən digər oyununda qrup lideri Litva ikinci pillədə yer alan Qazaxıstana uduzub - 0:2. Bu nəticədən sonra Qazaxıstan yığması xallarını 5-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. Slovakiya isə 5 xalla qrup mərhələsini ikinci pillədə başa vurub.
Aktivində 4 xal olan Litva və 1 xal olan Azərbaycan yığmaları isə müvafiq olaraq 3 və 4-cü pillələrdə qərarlaşıb. Komandalar 9-16-cı pillələr uğrunda mübarizə aparacaq.
Yığmanın rəqibi D qrupunun son oyunlarından sonra məlum olacaq.
Valentin Qranatkinin xatirə turniri, III tur
C qrupu
15:15. Azərbaycan - Slovakiya - 0:1
Qol: Vitsian Martin, 88
Qırmızı vərəqə: Qarayev Ricat, 64
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi
AZƏRBAYCAN |
SLOVAKİYA |
12.İbrahimov Kamran
2.Güler Metin
3.Qarayev Ricat
13.Həsənov Yusif
14.Seylığlı Hüseyin
7.Nəbiyev Fərid (K)
8.Əhmədov Süleyman
10.Mehdiyev Pilağa
11.Ekincier Barış
18.Məhərrəmli Rafael
20.Həziyev Bahadur
Ehtiyat oyunçular:
1.Popov Murad
4.Karakaş İsmail
5.Daşdəmirov Rəhman
17.Qayalı Murad
6.Qədirzadə İbrahim
15.Muxtarlı Ceyhun
16.Sadıxov Əli
9.Öksüz Doğukan
19.Əliyev İbrahim |
1. Valach Frederik
2. Mrva Mario
3. Spiriak Dominik
15. Ducar Stanislav
16. Vojtovic Peter
19. Flak Kristian
6. Bedats Richard (K)
7. Sluka Branislav
10. Spyrka Jozef
18. Kudlicka Jakub
9.Kruzliak Rastislav
Ehtiyat oyunçular:
12. Urminsky Peter
5.Cervenak Martin
14. Vasko Filip
4. Filinsky David
8. Gresak Matej
11. Vician Martin
17. Rymarenko Martin
13. Bozenik Robert
20. Madlenak Matej |
Baş məşqçi: Təbriz Həsənov |
Baş məşqçi: Malatinsky Milan |