1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Azərbaycan millisi medal şansını itirdi
Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə XXIX ənənəvi beynəlxalq turnirdə çıxış edən 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması qrupda qalıb. Sportnet.az-ın məlumatına görə, Təbriz Həsənovun rəhbərlik etdiyi komanda mübarizəni 9 - 16-cı yerlər uğrunda davam etdirəcək.
C qrupunun bu gün keçirilən ilk oyununda qrup lideri Litva ikinci pillədə yer alan Qazaxıstana uduzub - 0:2. Bu nəticədən sonra Qazaxıstan yığması xallarını 5-ə çatdıraraq, qrup lideri kimi mərhələ adlayıb. 4 xala malik Litva isə hazırda ikinci pillədədir və Azərbaycan - Slovakiya matçında ikincilərin xal itirməsini gözləyir. 2 xala malik Slovakiyanın xal itirməsi Litvanın qrup ikincisi olması ilə nəticələnəcək. Azərbaycan yığması qələbə qazansa, Litva ilə xallarını bərabərləşdirəcək, amma şəxsi oyunda pribaltikalılara 1:2 hesabı ilə uduzduğu üçün 2-ci yeri tuta bilməyəcək. Heç heçə və ya məğlubiyyət isə Təbriz Həsənovun komandasının sonuncu pillədə qalmasına səbəb olacaq.
Qeyd edək ki, reqlamentə əsasən, 4 qrupda ilk iki yeri tutanlar medallar uğrunda mübarizəyə imkan verən 1/4 finala yüksələcəklər. Sonrakı pillələrin sahibləri isə 9 - 16-cı yerlər uğrunda mübarizə aparacaqlar.