
Qazaxıstanın "Okjetpes" klubunun qapıçısı Saşa Stamenkoviçə "Neftçi"nin formasında məşqə çıxmaq düşərli olmatıb. Sportnet.az-ın məlumatına görə, serbiyalı qolkiper səhər məşqində üzündən xəsarət alıb.
Buna baxmayaraq, Stamenkoviç ümumi qrupda məşqlərini davam etdirib. O, bunu qoruyucu xüsusi maska taxaraq edib. Halbuki, komandanın həkimləri Saşanı məşqlərdən azad etməyə hazır olub. Ancaq qapıçı əminliklə bildirib ki, hazırlaşmaq və özü də bunu komanda ilə birgə etmək istəyir.
Xatırladaq ki, Stamenkoviç dünən "Okjetpes"in məşqinə "Neftçi"nin formasında çıxmaqla diqqət mərkəzinə düşüb və onun bu hərəkəti birmənalı qarşılanmayıb.