
Avqustun 19-da, saat 17:30-da, "Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında Azərbaycan milli komandasının mətbuat konfransı keçiriləcək. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, saat 16:30-da, AFFA-nın inzibati binasının qarşısından KİV nümayəndələrini mətbuat konfransına aparacaq nəqliyyat vasitəsi yola düşəcək.
Həmin avtomobil jurnalistləri "Sheraton Baku Airport Hotel”dən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna - milli komandanın məşqinə aparacaq.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 20-də "Bakcell Arena"da Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirəcək.